Göygöl polisi sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər keçirib. Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən bu gün, 20 iyul tarixində xəbər verir.
Rayonun Yeni Zod ərazisində keçirilən sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkarlanıb.
İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduğuna görə kənd bələdiyyəsinin sədri barəsində inzibati tənbeh tədbiri tətbiq edilib.
Bundan başqa, monitorinqlər zamanı rayonun Aşıqlı, Quşqara, Qızılca kəndlərində fəaliyyət göstərən ümumilikdə 4 kafe-restoranda məişət tullantılarının urnalardan kənara atılması müəyyən edilib, obyekt sahibləri ilə profilaktik söhbət aparılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (Məişət tullantılarının tutumlardan kənar yerlərə atılmasına görə) maddəsi ilə protokol tərtib olunub.