Gürcüstanın Oni bələdiyyəsindəki Şavi kurort zonasının yaxınlığında baş vermiş torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb. Bu barədə 9 avqust tarixində APA Gürcüstan KİV-yə istinadən məlumat verib.
İtkin düşənlərin axtarışları davam edir.
Xatırladaq ki, torpaq sürüşməsi avqustun 3-də baş verib. Təbii fəlakətlə əlaqədar avqustun 7-si Gürcüstanda matəm günü elan edilmişdir.