Ötən iki gün ərzində törədilmiş 126 cinayətin üstü “isti izlər”lə açılıb. Bu barədə aprelin 11-də Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Ümumilikdə cinayət törətməkdə şübhəli bilinən 109 nəfər tutulub.
Axtarışda olan 49 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 33 nəfər saxlanılıb.
Həmçinin narkotiklərlə əlaqəli 72, qanunsuz silah-sursatla bağlı 3 fakt müəyyən edilib.
Əvvəlki dövrlərdən bağlı qalan 18 cinayətin üstü açılıb.