Həftəsonu 94 cinayətin üstü “isti izlər”lə açılıb. Bu haqda yanvarın 31-də DİN məlumat verib.
Axtarışda olduğuna görə 53 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 39 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
6 yol-nəqliyyat hadisəsi nəticəsində 6 nəfər ölüb.
Narkotiklərlə əlaqəli 57, qanunsuz saxlanılan silah-sursatın götürülməsi ilə bağlı 14 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 88 nəfər saxlanılıb.