Şənbə və bazar günləri törədilmiş 83 cinayətin üstü “isti izlər”lə açılıb. Bu barədə martın 14-də Daxili İşlər Nazirliyinin rəsmisi Elşad Hacıyev məlumat yayıb.
Axtarışda olan 90 nəfər, cinayət törətməkdə şübhəli bilinən 73 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 37, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.