Son günlərdə uşaqlar arasında virus xəstəliklərinin artımı müşahidə olunur. Bunu yanvarın 5-də Səhiyyə Nazirliyinin mütəxəssisi Əkbər Quliyev APA-ya bildirib.
O qeyd edib ki, xəstəliyin simptomları burun axıntısı, boğaz ağrısı, öskürək və yüksək hərarətdir: “Valideynlər bu simptomlar müşahidə edilən uşaqları bağça və məktəbə göndərməməlidirlər”.
Həkim-pediatr Vəfa Hüseynovanın sözlərinə görə, uşaqlar arasında yayılan virus adi qrip - “influenza” virusunun A və ya B ştamıdır. Bu virus hər il payız-qış mövsümündə yayılır.