Şəmkir rayonunda həmyerlisini bıçaqlamaqda təqsirləndirilən şəxs 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bu barədə 8 yanvar tarixində Report məlumat verib.
Hadisə ötən ilin iyulunda qeydə alınıb. Zərər çəkən şəxs xəstəxanaya çatdırılıb və onun həyatı xilas olunub.
Qeyd edək ki, münaqişə borc üstündə baş verib. Zərər çəkən saxlanılan şəxsdən 10 manat pul borcunun qaytarılmasını istəyib.