Cəlilabadda hündürlükdən yıxılaraq komaya düşən 13 yaşlı məktəbli ayılıb. Bu haqda martın 17-də Report məlumat verib.
“Reanimasiya şöbəmizin bütün komandası gecə-gündüz yorulmadan çalışdı. Diaqnoz da kifayət qədər ağır idi: ağır kəllə-beyin travması, beyin əzilməsi və sol ağciyərin kontuziyası. Bütün bunlara baxmayaraq, biz bacardıq", - deyə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru Elnur Azadxanov söyləyib.
Xatırladaq ki, hadisə martın 10-da 2 nömrəli məktəbin idman zalında qeydə alınmışdı.