Azad olunmuş ərazilərdə hərbçilər üçün yeni inşa edilmiş modul tipli yerləşmə məntəqəsi istifadəyə verilib. Bu haqda dekabrın 16-da Müdafiə Nazirliyi məlumat verib.
Yerləşmə məntəqəsi hərbi qulluqçuların bütün zəruri ehtiyaclarını təmin etmək məqsədilə silah otağı, yataqxana, yeməkxana, mətbəx, tibb məntəqəsi, ərzaq və əşya anbarları, hamam-sanitar qovşağı ilə təmin edilib. Kompleks mərkəzləşdirilmiş istilik sistemi, işıq və su ilə təchiz edilib.
Müdafiə naziri hərbi hissələrin birində yeni tikilmiş qarovul şəhərciyinin açılış mərasimində də iştirak edib. Burada mərkəzləşdirilmiş istilik sistemi, siqnalizasiya və yanğın əleyhinə sistemlər quraşdırılıb.