2022-ci ilin yanvar ayında hərbi xidmətə göndəriləcək çağırışçılar xidmət yerlərinə təyinatla bağlı dekabrın 25-də SMS vasitəsilə məlumatlandırılıblar. Bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) məlumat yayıb.
Vətəndaşlar xidmət edəcəkləri hərbi hissə və qoşun növünü SHXÇDX-nin rəsmi saytında tələb olunan məlumatları daxil etməklə dəqiqləşdirə bilərlər.
Bununla yanaşı çağırışçılar şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə mesaj şəklində göndərməklə çağırış barədə məlumat əldə edə bilərlər.
2004-cü ildə doğulmuş və çağırış gününədək 18 yaşı tamam olmuş, habelə 1987–2003-cü illərdə doğulmuş, yaşı 35-dək olan, Silahlı Qüvvələrdə hərbi xidmət keçməmiş vətəndaşlar 2022-ci il yanvarın 1-dən 30-dək hərbi xidmətə çağırılacaqlar.