Hövsanda bağındakı istixanada narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb. Bu haqda martın 29-da Daxili İşlər Nazirliyi məlumat yayıb.
O, əvvəllər də narkotiklərin satışı ilə məşğul olduğu üçün dəfələrlə məhkum edilib. Baxış zamanı çəkisi 10 kiloqram olan 51 ədəd çətənə kolu və 2 kiloqram marixuana aşkar edilib.
Vətəndaş narkotik tərkibli bitkiləri satmaq məqsədilə əkib-becərdiyini etiraf edib. Faktla bağlı toplanan materiallar məhkəməyə göndərilib.
Əməliyyat tədbirləri davam etdirilir.