Həyat yoldaşını çəkiclə öldürməyə cəhd edən şəxsə hökm oxunub. Sərdar Namazov 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib. Bu barədə aprelin 11-də Report məlumat yayıb.
Hadisə ötən ilin oktyabrında paytaxtın Binəqədi rayonunda baş verib. Belə ki, 65 yaşlı S.Namazov aralarında yaranmış mübahisə zamanı 53 yaşlı həyat yoldaşının baş nahiyəsinə çəkiclə zərbələr vuraraq öldürməyə cəhd edib.
Faktla bağlı “qəsdən adam öldürməyə cəhd etmə” maddəsilə cinayət işi başlanıb.