Hacıqabulda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 3 nəfər saxlanılıb. Bu barədə yanvarın 29-da Daxili İşlər Nazirliyindən məlumat verilib.
İlk əməliyyat zamanı Göyçay rayon sakini saxlanılıb. Ondan ümumilikdə 500 qrama yaxın marixuana götürülüb.
Digər əməliyyat zamanı daha iki nəfər tutulub. Həmin şəxslərdə heroin aşkarlanıb.
Faktlarla bağlı cinayət işləri açılıb, araşdırmalar davam etdirilir.