Hacıqabulda bələdiyyə sədri barəsində qanunvericiliyə uyğun olaraq, tədbirlər görülüb. Bu barədə İnsanoid DİN-ə istinadən bu gün, 21 avqust tarixində xəbər verir.
Hacıqabul polisi sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə yoxlamalar aparıb.
Rayonun Muğan qəsəbəsi ərazisində sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkarlanıb.
Qəsəbə bələdiyyəsinin sədri barəsində qanunvericiliyə uyğun olaraq, protokol tərtib olunub və aidiyyəti üzrə 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilib.