Həftəsonunda, 29-30 iyulda baş verən yol qəzalarında 4 nəfər ölüb. Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinə istinadən bu gün, 31 iyul tarixində xəbər verir.
Həmin müddətdə respublikanın avtomobil yollarında ölümlə nəticələnən 3 yol-nəqliyyat hadisəsi baş verib.
Nəticədə 4 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.