Hakimlərin Seçki Komitəsinin növbəti iclası keçirilib, yeni sədr seçilib. Bu barədə Report 15 iyul tarixində xəbər verib.
Əvvəlcə Məhkəmə-Hüquq Şurasının iyulun 14-də Komitəyə yeni seçilmiş üzvləri təqdim olunub, onlara fəaliyyətlərində uğurlar arzu edilib.
Sonra Komitə üzvlərinin yekdil səsi ilə Ali Məhkəmənin hakimi Vidadi Cəfərov Hakimlərin Seçki Komitəsinin sədri seçilib.
İclasda, həmçinin hakimliyə namizədlərin imtahan prosesi ilə bağlı cari tədbirlər müzakirə edilib, bəzi təşkilati məsələlərə baxılıb.