Bugündən, dekabrın 13-dən ölkədə ictimai hamamların fəaliyyət göstərməsinə icazə verilir. Bəs bu koronavirusa yoluxmaların artmasına təsir edəcəkmi? Bununla bağlı infeksionist-hepatoloq Mərdan Əliyev dekabrın 13-də Trend-ə açıqlama verib.
“Hamamların nəm və rütubətli olması xəstəliyin yayılma ehtimalını artırır. Yəni hamamda koronavirus xəstəsi varsa başqlarını da rahatlıqla yoluxdura bilər. Girişlərdə vaksin sertfikatı və pasportu mütləq tələb olunmalıdır”, - deyə həkim bildirib.
Onun sözlərinə əsasən, ölkəmizdə hamamlara kütləvi axının olmamasına görə bu məkanların açılması koronavirusa yoluxmaların artmasına səbəb olmayacaq.
Qeyd edək ki, hamamların fəaliyyəti Nazirlər Kabinetinin qərarına əsasən bərpa edilib. Hamamlardan yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla, yalnız COVID-19 pasportu, əks-göstəriş və ya immunitet sertfikatı olanlar istifadə edə bilər.