Nadir "progeriya" xəstəliyindən əziyyət çəkən və hər il səkkiz yaş qocalan "TikTok" ulduzu Beandri Boysen vəfat edib.
İnsanoid.com "Haber Global"a istinadla verdiyi məlumata görə, bu barədə onun anası xəbər verib.
Bildirilir ki, CAR-dan olan qız cəmi 19 il yaşasa da, onun bədən yaşı 152-yə çatıb.
Qeyd edək ki, Beandri anadan olarkən ona Hatçinson-Gilford progeriya sindromu diaqnozu qoyulmuşdu. Bu nadir genetik xəstəlik uşaqlarda sürətli qocalmaya səbəb olur. Dünyada bu xəstəlikdən 200-ə yaxın uşaq əziyyət çəkir.
Həkimlər Beandrinin 14 yaşından çox yaşaya bilməyəcəyini bildirmişdilər.
Beandri "TikTok" sosial şəbəkə hesabında bu nadir xəstəlik haqqında məlumatlılığı artırmaq və çətin anlar yaşayan insanlara ilham vermək məqsədilə paylaşımlar edirdi. Buna görə də sosial şəbəkələrin fenomeninə çevrilmişdi.