Hava hücumundan müdafiə bölmələrinin döyüş atışlı taktiki təlimləri keçirilib. Bu barədə martın 28-də Müdafiə Nazirliyindən məlumat verilib.
Praktiki atışlar zamanı şərti düşmənin hava hədəfləri aşkar olunaraq daşınan zenit-raket kompleksləri vasitəsilə məhv edilib.
“Şəxsi heyət qarşıya qoyulan döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirib”, - deyə əlavə edilib.