ABŞ-nin Havay ştatının adalarından biri olan Mauidə baş verən yanğınlar sonucunda ölənlərin sayı 67 nəfərə çatıb.
Bu barədə 12 avqust tarixində “Hawaii News Now” məlumat yayıb.
Havay arxipelaqının kiçik adalarından biri olan Maui adasında meşə yanğını avqustun 9-da başlanıb. Güclü külək səbəbindən yanğın qısa zamanda turistik Lahaina şəhərinə də keçib. Nəticədə şəhər tamamilə yanıb, insanlar yanğından uzaqlaşmaq üçün okeana üz tutublar.