ABŞ-nin Havay ştatında misli görünməmiş yanğınlarda ölənlərin sayı 111-ə çatıb.
Bu barədə 17 avqust tarixində “Hawaii News Now” məlumat verib.
Qeyd edək ki, Maui və Böyük adalarındakı meşə yanğınları quru və isti hava səbəbindən başlayıb və Dora qasırğasının gətirdiyi güclü küləklər nəticəsində daha da şiddətlənib. Yanğın məşhur turistik Lahayna şəhərini məhv edib. Yüzlərlə yerli sakin təxliyə edilib.