Hazırda 4 843 vətəndaşa evdə səyyar sosial xidmət göstərilir. Bu barədə aprelin 8-də Sosial Xidmətlər Agentliyinin rəsmisi Faiq Ağayev məlumat verib.
Bildirilib ki, onlardan 4 255-i ahıl, 588-i isə 70 yaşdan aşağı və əlilliyi olan şəxslərdir.
“İndiyədək 76 sağlamlıq imkanı məhdud uşağa sosial xidmətlər göstərilib və onların evlərinə baş çəkilib”, - deyə qurum nümayəndəsi qeyd edib.