Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin qəzaya uğraması nəticəsində yaralanan hərbi qulluqçular - polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov Hərbi Hospitaldan evə buraxılıb. Bu barədə dekabrın 9-da DSX-dan məlumat verilib.
Hərbçilər müalicələrini həkim nəzarəti altında ev şəraitində davam etdirəcəklər: “Hazırda onların səhhəti normaldır”.
Dövlət Sərhəd Xidmətinin Mi-17 hərbi helikopteri noyabrın 30-da Xızı rayonunda qəzaya uğrayıb. Hadisə rayonun “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən baş verib. Nəticədə 14 nəfər şəhid olub, 2 nəfər yaralanıb. Hazırda mütəxəssislər hadisənin səbəbini öyrənmək məqsədilə “qara qutu” ilə işləyirlər.