Dövlət İmtahan Mərkəzi Müdafiə Nazirliyinin hərbi liseylərinə avqustun 4-də keçirilən qəbul imtahanının nəticələrini elan edib.
Abituriyentlər imtahan nəticələrini saytdan və yaxud “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
İmtahanda ümumilikdə 1867 nəfər iştirak edib.
Apellyasiya komissiyasına müraciət etmək üçün 10-11 avqust 2021-ci il tarixlərində elektron ərizə forması DİM-in saytında yerləşdiriləcək.