Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. Bu barədə Report 5 avqust tarixində xəbər verib.
Hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, "VAZ-2106" markalı iki avtomobil və "Mercedes" markalı bir minik maşını toqquşub. Nəticədə iki nəfər - 35 yaşlı Cavid İsmayılov və 67 yaşlı Mirhəsən Abdullayev xəsarət alıblar.
Yaralılar xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.