Şəhid ailəsi üzvləri və qazilər üçün informasiya texnologiyaları üzrə hazırlıq kursları təşkil olunub. Bu barədə 14 avqust tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Seçim mərhələsi avqust ayının əvvəlindən başlayıb. Kursa qoşulmaq istəyən şəxslər bu link vasitəsilə qeydiyyatdan keçə bilərlər. Hazırda 40 nəfər müsahibədən keçərək kurslarda iştirak haqqı qazanıb.
Layihə çərçivəsində kursları uğurla bitirənlərə beynəlxalq sertifikat veriləcək və onların işlə təminatına dəstək göstəriləcək.