Astarada Hirkan Milli Parkında noyabrın 10-da yanğın baş verib. Yanğın FHN bölmələri tərəfindən söndürülüb.
Nazirlikdən verilən məlumata görə, yanğın nəticəsində təqribən 1 ha sahədə xəzəl və qurumuş ağac kötükləri yanıb. Yanğınsöndürmə işləri mürəkkəb relyef şəraitində aparılıb, əsasən əl əməyindən istifadə olunub.