Hollivud aktyoru Ben Afflek "yeni imici" ilə görənləri təəccübləndirib.
İnsanoid.com bildirir ki, bu barədə "Daily Mail" xəbər yayıb.
52 yaşlı Ben Afflek Los-Ancelesdə paparazzi tərəfindən görüntülənib. Mavi sviter geyinmiş aktyorun sıx və səliqəsiz saqqalı diqqət çəkib.
Sosial şəbəkə istifadəçiləri aktyoru taksi sürücüsünə oxşadıblar, digərləri isə mağara adamına bənzədiblər. Bir istifadəçi isə zarafatla onun bir həftədir su üzü görməyən insana bənzədiyini qeyd edib.
[gallery link="file" size="full" ids="206768,206769,206770"]