ANAMA tərəfindən Horadiz – Ağbənd avtomobil yolunun 6 kilometri minalardan tam təmizlənib. Qeyd olunan avtomobil yolu Zəngəzur dəhlizi adlanan layihənin bir hissəsidir.
Yolun 22-ci kilometrindən 36-cı kilometrinədək olan hissəsi, yəni 14 kilometrədək ərazinin təmizlənməsi nəzərdə tutulur. Onun 6 kilometri, və ya 190 hektar ərazisi tam olaraq minalardan təmizlənib.
Bu ərazidə 752 ədəd mina və partlamamış hərbi sursat zərərsizləşdirilib.
Horadiz - Ağbənd avtomobil yolunun minalardan təmizlənməsi cari ilin 31 avqust tarixində başlayıb.