Dünən, martın 28-də şahmat üzrə FİDE Qran-prisinin 3-cü mərhələsinin 6-cı turunun oyunları keçirilib.
Şəhriyar Məmmədyarov son turda rusiyalı Daniil Dubov ilə heç-heçə oynayıb. Qrupun digər oyununda isə Vinsent Keymer Lenyer Dominqesə qalib gəlib. Beləliklə, 3,5 xal yığan Şəhriyar və Vinsent Keymer bu gün yarımfinala vəsiqə uğrunda tay-breyk oynayacaqlar.
Qeyd edək ki, turnirə aprelin 4-də yekun vurulacaq.