Dünən, martın 29-da şahmat üzrə FİDE Qran-prisinin 3-cü mərhələsinin tay-breyk oyunları keçirilib.
Şəhriyar Məmmədyarov Vinsent Keymerə 3-1 hesabı ilə qalib gələrək yarımfinala vəsiqə qazanıb. Növbəti mərhələdə onun rəqibi ABŞ şahmatçısı Hikaru Nakamura olacaq. Digər yarımfinalda isə Uesli So ilə Amin Tabatabai qarşılaşacaq.
Qeyd edək ki, Berlində keçirilən turnirə aprelin 4-də yekun vurulacaq.