Bloger Hüseyn Həsənovla görüş zamanı səhnədə qonaqları kəmərlə vurduğu deyilən Arif İbrahimov 15 sutka həbs olunub. Bu haqda Oxu.az məlumat yayıb.
A. İbrahimov izahatında bildirib ki, o, kəməri insanlara deyil, yalnız səhnəyə vurub.
Qeyd edək ki, dünən, aprelin 17-də Park Bulvarda saat 15:30 radələrində bloger Hüseyn Həsənov fanatları ilə görüş keçirib.