Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən I və IV qrup üzrə qəbul imtahanlarının nəticələri elan olunub. Bu il qəbul imtahanlarında 700 bal toplayan olmayıb.
Abituriyentlər nəticələrini saytdan və yaxud “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
I qrup üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları iyulun 27-28-də, IV qrup üzrə isə 28-də keçirilib.
Qeydiyyatdan keçmiş 33 610 abituriyentdən 1878 nəfəri imtahanda iştirak etməyib, 26 nəfər isə qaydaları pozduğuna görə imtahandan xaric edilib.