Vətən müharibəsində şəhid olan Çingiz və Cavid Məmmədov qardaşlarının əkiz bacı-qardaşı dünyaya gəlib. Bu barədə 14 sentyabr tarixində “Qafqazinfo” xəbər verib.
Məlumata görə, yeni doğulan körpələrə Hüseyn və Zəhra adları verilib.
Qeyd edək ki, şəhidlərimiz Şəmkir rayonunun Yeniabad kəndindəndir. Böyük qardaş Cavid “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə”, Çingiz Məmmədov isə “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Cəsur döyüşçü” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunublar. Onların hər birinin iki övladı Vətənə əmanət qalıb.