Baham adalarında köpəkbalıqlarının yemlənməsi zamanı yırtıcılardan biri mobil telefonu udmağa çalışıb.
İnsanoid.com xarici KİV-ə istinadən xəbər verir ki, sukeçirməyən üzlükdə olan "iPhone" ilə çəkiliş aparan dalğıc təsadüfən cihazı əlindən salıb və cihaz köpəkbalıqlarından biri tərəfindən udulub.
Telefon köpəkbalığının mədəsində belə video çəkməyə davam edib.
Həmin kadrlar sosial şəbəkələrdə böyük maraq doğurub.