Astarada iribuynuzlu heyvan sahibinə xəsarət yetirib, o xəstəxanada həyatını itirib. Bu barədə 19 iyul tarixində Report məlumat verib.
Hadisə Maşxan kəndi ərazisində baş verib.
Belə ki, kənd sakini, 1972-ci il təvəllüdlü Elşən Müqabil oğlu İbadov gecə saatlarında həyətə düşüb. Bu zaman iribuynuzlu heyvan (kəl) arxadan hücum edərək onu ayaqlarının altında əzib. Ev sahibləri zərərçəkəni xəstəxanaya aparıblar, lakin həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.