Motosiklet sürücüsü həm piyada keçidindən, həm də işıqforun qırmızı işığından keçərək yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olub.
İnsanoid.com Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında 8 Noyabr prospektində qeydə alınıb.
"Araşdırmalar göstərir ki, hələ də bəzi moped və motosiklet sürücüləri qaydalara əməl etmir, həm hərəkət iştirakçılarının, həm də özlərinin həyat və sağlamlığına real təhlükə yaradırlar", - məlumatda qeyd edilib.