İslandiyada vulkan səkkiz ay ərzində altıncı dəfə püskürüb. Bu barədə İnsanoid BBC-ə istinadən xəbər verir.
Reykyanes bölgəsində lavanın havaya püskürməsini göstərən kadrlar yayılıb.
Dekabrdan bəri ölkənin paytaxtı Reykyavikin cənubunda vulkan altıncı dəfədir püskürür.
İslandiya Meteorologiya Xidmətinin məlumatına görə, püskürmə zəlzələlər seriyasından sonra yerli vaxtla saat 21:26-da (London vaxtı ilə 22:16-da) başlayıb.
Yaxınlıqdakı Grindavik balıqçılıq kəndi təxliyə edilib. Ərazidə nə qədər insanın olduğu məlum deyil, çünki təxminən 4,000 sakini olan kəndin əksəriyyəti noyabr ayında oradan köçüb.
[video width="848" height="464" mp4="https://insanoid.com/storage/thumbs/large/2024/08/video_2024-08-23_10-52-42_1.mp4"][/video]