İsmayıllıda avtomobil aşıb, ölən və yaralananlar var. Bu barədə 11 iyul tarixində Report məlumat verib.
Hadisə bu gün səhər saatlarında İsmayıllı-Ruşan yolunda qeydə alınıb.
Belə ki, 31-BB-410 dövlət nömrə nişanlı "VAZ-2103" markalı minik avtomobilinin hərəkətdə olarkən təkərinin partlaması nəticəsində sürücü idarəetməni itirib və nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.
Hadisə zamanı rayonun Kürdmaşı kənd sakini, 1987-ci il təvəllüdlü Babayev Samir Yusif oğlu ölüb, 1982-ci il təvəllüdlü Ağayev Variz Cahid oğlu və 1987-ci il təvəllüdlü Həsənov Tərlan İmran oğlu xəsarət alıb.
Yaralılar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.
[gallery link="file" size="full" ids="121570,121569,121571"]