İsmayıllı rayonunda bələdiyyə sədri barəsində inzibati protokol tərtib olunub. Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən bu gün, 1 avqust tarixində xəbər verir.
İsmayıllı polisi ətraf mühitin mühafizəsinin daha da gücləndirilməsi, sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbir keçirib.
Bu zaman rayonun Soltankənd kəndi ərazisində məişət tullantılarının qalaqlanması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktı aşkar olunub.
Faktla bağlı ərazi üzrə bələdiyyə sədri barəsində protokol tərtib olunub.