İsmayıllı rayonunda böyük ərazidə yanğın hadisəsi baş verib. Bu barədə 25 iyul tarixində Report məlumat verib.
Hadisə şəhərin Heydər Əliyev prospektindəki yaşayış evlərinin birində qeydə alınıb.
Şəhər bazarının yaxınlığındakı fərdi yaşayış evində baş verən yanğın qısa zaman ərzində böyük ərazini əhatə edib.
İndiyədək ərazidə 2 ev və 3 mağaza yanıb.
Hadisə yerinə FHN-nin İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinin 3 avtomobili və canlı qüvvəsi cəlb olunub.
Hazırda yanğın davam edir.