İsmayıllı rayonunun Çayqovuşan kəndində ümumi sahəsi 80 kavdratmetr olan birmərtəbəli tikilinin (idman zalı kimi fəaliyyət göstərir) yanar konstruksiyaları və içərisində olan avadanlıqlar yanıb.
Bu barədə 23 avqust tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın söndürülüb.