İşğaldan azad edilmiş, amma partlayıcı maddələrdən tam təmizlənməmiş Kəlbəcərə keçməyə cəhd göstərən şəxslər saxlanılıb. Bu barədə DİN sentyabrın 11-də məlumat verib.
Polis onlarla profilaktik söhbətlər aparıb və minaların təhlükəsindən bəhs edib. Sözügedən şəxslər barəsində inzibati tənbeh tətbiq olunub.