Kəlbəcər rayonuna icazəsiz keçmək istəyən koronavirus xəstəsi aşkarlanıb. Bu haqda dekabrın 15-də Report məlumat yayıb.
Göygöl polis əməkdaşları komendant postunda xidmət aparan zamanı müvafiq icazəsi olmadan Kəlbəcər rayonuna getmək istəyən şəxsi saxlayıb.
Araşdırmalar zamanı onun Qazax rayon sakini olması müəyyən edilib. Eyni zamanda koronavirusa yoluxduğu üçün ev şəraitində müalicə olunmalı olduğu halda yaşayış yerini tərk etmsi də müəyyən edilib. O, yaşadığı ünvana geri qaytarılıb.
Faktla bağlı araşdırmalar aparılır.