Müdafiə naziri general-polkovnik Zakir Həsənov Kəlbəcər və Laçın rayonlarında yeni inşa olunmuş hərbi təyinatlı obyektlərin açılışında iştirak edib. Bu barədə Report 18 dekabr tarixində məlumat verib.
Binalar müasir avadanlıq, mebel və inventarlarla təchiz edilib. Həmçinin hərbi obyektlər istilik, işıq və su xətləri ilə təmin olunub.
Səfər zamanı yeni tikilmiş yeməkxananın da açılışı baş tutub.