Bu il avqustun 13-də Kəlbəcər rayonu ərazisində yol qəzası zamanı həlak olan hərbçiyə şəhid statusu verilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “APA”ya bildirib ki, qəza zamanı həlak olan çavuş Cəfərov Anar Müstəqim oğlunun ailəsinə şəhid vəsiqəsi təqdim olunub: “Hazırda ailəyə digər təminatlar verilməsi həyata keçirilir”.
Qəza zamanı həyatını itirən leytenant Həsənli Eldar Müşfiq oğlu isə hazırda rəsmi şəhid statusu almayıb. Sözügedən hərbçimiz şəhidlik statusu aldıqdan sonra ailəsinə vəsiqə və digər təminatlar veriləcək.
Yol-nəqliyyat qəzası bu il avqustun 13-də axşam saatlarında Kəlbəcər rayonunda baş vermişdir. Nəticədə hərbi qulluqçular - leytenant Həsənli Eldar Müşfiq oğlu və müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu çavuş Cəfərov Anar Müstəqim oğlu həlak olmuşdur.