Salyan rayon Kürqaraqaşlı kəndi ərazisində Kür çayının sahilində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan üç nəfər saxlanılıb. Bu barədə sentyabrın 4-də Daxili İşlər Nazirliyindən məlumat verilib.
Həmin əraziyə keçirilən baxış zamanı 4 kiloqramdan artıq marixuana və 58 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.