Kərə yağı, süddən hazırlanmış digər yağlar və süd pastalarının idxalına tətbiq olunan rüsum güzəştinin qüvvədə olma müddəti uzadılıb. Bununla bağlı Baş nazir Əli Əsədov 17 dekabr tarixində qərar imzalayıb.
Sözügedən məhsullar üçün 5%-lik gömrük rüsumunun tədbiq edilməsi bu ilin sonundan 2023-cü ilin sonunadək uzadılıb.
Qərarın əsas məqsədi daxili bazarda kərə yağının qiymətinin artımına yol verməməkdir.