Kürdəmirdə 2 min hektardan çox sahədə çiyid əkini nəzərdə tutulub. Bu barədə martın 24-də Azərtac məlumat verib.
Bu mövsümdə çiyid kənd ərazi icra nümayəndəliklərinin 80%-də əkiləcək. Səpin daha çox Muradxan, Şilyan, Qarasu, Karrar, Qarasaqqal ərazilərində aparılacaq.
Məlumatda deyilir ki, səpinlə birlikdə veriləcək amofos gübrəsi də rayona gətirilib. Ümumilikdə 25-dək səpin aqreqatı tam hazır vəziyyətdədir.
Səpinə aprelin birinci ongünlüyünün axırlarında və ya ikinci ongünlüyünün əvvəllərində başlanılması planlaşdırılıb.