Kürdəmir rayonunun bağlarında 36 min 315 ton məhsul istehsal olunub. Onun 88%-ni nar təşkil edib. Bu barədə 9 dekabr tarixində Azərtac məlumat verib.
Rayon statistika idarəsinin məlumatına görə, 2021-ci ildə rayonun bağlarından ötən illə müqayisədə 4% çox məhsul yığılıb.
Hazırda mövcud olan 3756 hektar meyvə bağının 3209 hektarı nar bağlarıdır. Nar bağları daha çox Axtaçı, Ərəbqubalı, Karrar, Sığırlı inzibati ərazi dairələrində yetişdirilir.